
Xəbər verdiyimiz kimi, velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubunun üzvləri yol polisi tərəfindən saxlanılıb.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev “qafqazinfo”ya bildirib ki, artıq velosipedçilər sərbəst buraxılıb:
İdmançıların velosipedləri isə hazırda cərimə meydançasındadır: “Heç bir səbəb də demirlər. Nəyə görə velosipedlərin saxlanıldığını da bilmirik”.
Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Azərbaycan yığmasının və “Synergy Baku” klubunun üzvlərinin velosipedləri özlərinə qaytarılıb.
Bu barədə oxu.az-a Azərbaycan Velosiped Federasiyasından məlumat verilib.
Məlumata görə, ötən gün axşam saatlarında Yol Polisi cərimə meydançasında olan velosipedlərin götürülməsi üçün federasiyaya məlumat verib.
Gununsesi.info










