Bakının iki rayonunda su olmayacaq

  • Müəllif: admin
  • 20 İyun 2017 16:45

icmeli su

Sabah saat 09:00-dan 15:00-dək Bakı şəhərinin Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, məhdudiyyət Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədardır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gununsesi.info