XƏBƏR LENTİ

17 Fevral 2018

17 Avqust 2016 - 11:39

Bakıya qanunsuz dərman gətirən şəxs saxlanılıb

derman

 

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Gununsesi.info-ya DGK-nın mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda dərman preparatlarının təsviri görünüb və baqaja təkrar yoxlama keçirilib.

Nəticədə, vətəndaşın çamadanında əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən xeyli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info