
Balakən şəhərində Uşaq İncəsənət Məktəbi üçün yeni bina tikiləcək.
Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyevin avqustun 5-də imzaladığı “Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Gununsesi.info












