Barak Obamadan facebook və instagram istifadəçilərinə xəbərdarlıq - "SOSİAL MEDİA HEÇ NƏYİ BAĞIŞLAMIR"

  • By admin
  • 25 Aprel 2017 23:16

Obamaa

ABŞ-ın sabiq prezidenti Barak Obama 3 ay aradan sonra ictimaiyyət qarşısında çıxış edib.

Gununsesi.info sputnik-ə istinadən xəbər veriri ki, Çikaqo şəhərində məktəblilərə səslənən Obama, şagirdləri sosial şəbəkələr mövzusunda diqqətli olmağa çağırıb.

“Mən də vaxtilə sizin kimi gənc olmuşam. Mənim də çoxlu yadda qalan əyləncəli və çılğın anlarım olub. Əgər o vaxt facebook, instagram olsaydı və mən də hər çəkdiyim şəkili internetə yükləsəydim, böyük ehtimalla prezident ola bilməzdim. Siz nə qədər savadlı olsanız da, sosial media heç nəyi bağışlamır. Bu mövzuda diqqətli olmağınızı tövsiyə edirəm”, deyə sabiq dövlət başçısı bildirib.

Barak Obama karyerası barədə isə bunları deyib: “Yeni vəzifəm, gənc liderləri həvəsləndirmək və gücləndirmək olacaq”.

Çıxışı zamanı daha çox gənc liderləri dinləməyə üstünlük verən Obama “anlamağın ən yaxşı yolu dinləməkdir. Cavab vermək yerinə, dinləyin. Bunu evlilikdə öyrəndim” deyib.

Gununsesi.info