Barışdıqları sübut olundu – foto

  • By admin
  • 01 Noyabr 2017 20:12


“The Weeknd” ilə münasibətlərinə son qoyan müğənni Selena Qomez keçmiş sevgilisi Castin Biberə geri dönüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Castin ağ rəngli maşını ilə səhər Selenanın evindən çıxan yerdə görüntülənib.

Paparazzilərə tuş gəldiyini görən və bundan çəkinməyən Biber restoranlardan birindən çay alaraq yoluna davam edib.

Qeyd edək ki, cütlük bir müddət əvvəl də kafedə və kilsədə birlikdə kameralara tuş gəlib.

Qomez castinlə 2015-ci ildə ayrılmışdı. “The Weeknd” ilə yanvardan görüşən sənətçi onunla da yollarını 2 gün öncə ayırıb.

 

Gununsesi.info