“Barselona” – “Napoli” oyunu İspaniyadan kənarda keçirilə bilər

  • Müəllif: admin
  • 30 İyul 2020 15:22

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” – “Napoli” oyunu neytral meydanda keçirilə bilər.

Gununsesi.info-nun məlumatına görə, buna səbəb cavab oyunları çərçivəsində baş tutmalı olan görüşün İspaniyada təşkili sual altına düşməsidir.

Koronavirus pandemiyasının İspaniyada yayılması üzündən UEFA Barselonadakı matçın yerini dəyişdirməyi götür-qoy edir. Bildirilir ki, qurum Səhiyyə Departamentinə müraciətinin cavabını gözləyir. Əgər oyunun sağlamlıq üçün təhlükəli olduğu bildirilsə, matçın yeri dəyişdiriləcək.

 

Yekun qərar bu həftə verilməlidir. Çünki qarşılaşma avqustun 8-də keçirilməlidir.

Qeyd edək ki, komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.

 

 

Gununsesi.info