Baş həkimi öldürənə 20 il iş verildi

  • Müəllif: admin
  • 21 Oktyabr 2017 13:00

hebs_932

Ləkəran Ağır Cinayətlər Məhkəməsində rayonda baş həkim işləmiş  Vahab  Səfərovu  öldürməkdə təqsirləndirilən Vüqar Həmid oğlu Abbasovun məhkəmə prosesi başa çatıb.

Gununsesi.info “report”a istinadən məlumat verir ki, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmənin qərarı ilə V.Abbasov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayının 18-də baş verib. Lənkəranın Xolmili kənd sakini 67 yaşlı Səfərov Vahab Xaliq oğlunun evinə basqın edən şəxslər ona baş nayihəsindən küt alətlə bir neçə zərbə vuraraq ağır xəsarət yetiriblər. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan daha sonra Bakıdakı özəl klinikalardan birinə göndərilib. O, bir neçə gün sonra yerləşdirildiyi klinikada dünyasını dəyişib.

Hadisə ilə bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Hadisədə şübhəli bilinən iki nəfər – V.Abbasov və 1977-ci təvəllüdlü Fail Xüdaverdi oğlu Hüseynov həbs olunub.

F.Hüseynov Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin təcridxanasında özünü polis əməkdaşının silahı ilə güllələyərək intihar edib.

Xatırladaq ki, V.Səfərov uzun illər kənd ambulatoriyasının baş həkimi işləyib.

Gununsesi.info