Baş katib: Dünya ciddi təhlükə ilə üz-üzədir

  • By admin
  • 08 İyul 2016 12:01

3f56495724360a3005b7e0b351edfd1d

 

“Dünya bu gün bir neçə il əvvəllə müqayisədə çox ciddi təhlükə qarşısındadır”.

Gununsesi.info “Deutsche Welle” -ə istinadən xəbər verir ki, bu fikri NATO baş katibi Yens Stoltenberq Polşa prezidenti Anyi Duda ilə görüşü zamanı səsləndirib. Onun sözlərinə görə, bu baxımdan, dünya NATO-nun Varşava sammitindən tarixi nəticə gözləyir: “Ona görə də biz sammitdə Alyansın gücünü və birliyini nümayiş etdirməliyik. Varşava sammitinin qəbul etdiyi qərarlar gözlədiyimiz çağırışlara qarşı hazır olmaqla yanaşı güclü olmağa imkan verəcək”. NATO baş katibi Alyansın şərq sərhəddində baş verən gərginliyə də mövqeyini açıqlayaraq deyib ki, əgər kimsə qruma üzv ölkəyə hücum edərsə, həmin ölkə elə bütün Alyansa ölkələrinə hücum etmiş sayılır.

Gununsesi.info