“Bavariya”dan “qızıl dubl”

  • By admin
  • 05 İyul 2020 10:52

Futbol üzrə Almaniya kubokunun final oyunu keçirilib.

Gununsesi.org xəbər verir ki, həlledici oyunda Bundesliqanın 2019/20 mövsümünün qalibi “Bavariya” “Bayer”lə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə başa çatıb. Beləcə, “Bavariya” bu mövsümü “qızıl dubl”la bitirib.

Qeyd edək ki, bu, “Bavariya”nın tarixində 20-ci belə uğurdur.

Almaniya kuboku
Final
4 iyul

Bayer – Bavariya 2:4
Qol: Bender, 63. Haverts, 90+4-pen – Alaba, 16. Qnabri, 24. Levandovski, 59; 89.

 

 

Gununsesi.org