Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədrliyindən uzaqlaşdırıldı - XİN ƏMƏKDAŞI BU POSTA GƏTİRİLDİ

  • Müəllif: admin
  • 20 Dekabr 2018 11:48

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.
Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, icmanın bu gün keçirilən qurultayında 23 nəfərdən ibarət yeni idarə heyəti seçilib.
Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib.

Asif Cahangirov isə icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.

Qeyd edək ki, bu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayıdır.