Binəqədidə yol qəzasında vurulan piyada öldü

  • By admin
  • 27 Mart 2018 15:24

Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsində Abşeron rayon sakini Vüsal Quliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Məqsəd Heydərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.