Binəqədidə 26 yaşlı oğlan bıçaqlandı

  • By admin
  • 15 Fevral 2018 09:00

Paytaxtın Binəqədi rayonu ərazisində bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

Gununsesi.info xəbər verir ki, Xocahəsən qəsəbəsində 1992-ci il təvəllüdlü Hüseynov Hüseynağa Kərim oğlu evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlayıb.

Bu zaman əlbəyaxa dava düşüb. H.Hüseynov özünü müdafiə edərkən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Gununsesi.info