BMT-dən miqrantlara şiddət göstərilməsinə -Reaksiya

  • By admin
  • 09 Noyabr 2021 21:46

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı təhlükəsizlik qüvvələrinin Belarusdan Polşaya keçməyə çalışan miqrantlara qarşı zorakılığa reaksiya verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hər iki qurum birgə bəyanatla çıxış edib.

“Bu vəziyyətdən uzun müddətdir narahatıq”, – bəyatanatda qeyd olunur.

Bildirilir ki, bu narahatlıqla bağlı Belarus və Polşa hökumətləri ilə əlaqə saxlanılır.

Bəyanatda Belarus və Polşa hökumətləri sərhəd bölgəsində daha çox insan tələfatının qarşısını almağa və miqrantlara qarşı humanist davranmağa çağırılıb.

Qeyd edək ki, Belarusdan Polşa sərhədinə gedən miqrantlar dünən sərhədi keçmək üçün tikanlı məftilləri qırmağa cəhd ediblər. Polşa təhlükəsizlik qüvvələri ilə miqrantlar arasında baş verən qarşıdurmada yeddi miqrant həyatını itirib.

Gununsesi.info