BMT-dən şok hesabat: 69 milyon uşaq öləcək

  • By admin
  • 28 İyun 2016 14:03

usaq

 

BMT-nin Uşaq Fondu (UNİCEF) milyonlarla uşağın öləcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, UNİCEF dünyada hökm sürən aclıq, səfalət və bu kimi halların 2030-cu ilədək dəyişməyəcəyi təqdirdə nələr baş verəcəyinə dair hesabat hazırlayıb. Aparılan araşdırmalar və hesablamalara əsasən müəyyən edilib ki, əlverişsiz şəraitdə yaşayan uşaqların səhiyyə və təhsil şəraiti yaxşılaşdırılmasa 2030-ci ilədək yaşı 5-ə qədər olan 69 milyon uşaq dünyasını dəyişəcək.

Hesabata görə, mövcud vəziyyət və əhalinin artım sürəti eyni qalarsa 2030-cu ildə 167 milyon uşaq hədsiz yoxsulluq çəkəcək, 60 milyon uşağın ibtidai təhsil olmayacaq, 750 milyon qız isə uşaq yaşlarında ərə gedəcək.

O da bildirilir ki, hesabatda qeyd edilən səbəblərin qarşısı alınmadığı halda ən çox ölümlər Cənubi Asiya və Afrikada yaşanacaq. (Qafqazinfo)