BMT Təhlükəsizlik Şurası Qəzzadakı vəziyyəti müzakirə edəcək

  • By admin
  • 15 May 2018 08:17

BMT Təhlükəsizlik Şurası bu gün Qəzzada yaranmış vəziyyəti müzakirə edəcək.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Rusiyanın BMT yanında daimi nümayəndəliyinin mətbuat xidmətindən bildiriblər.

“İclas yerli vaxtla saat 10:00-da başlayacaq”, məlumatda deyilir.

Ötən axşam BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Küveyt Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar Şuranın təcili iclasını çağırıb.