“Bomj”lara hökm oxundu

  • By admin
  • 13 Oktyabr 2017 17:34

bomj

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “bomj” yoldaşlarını öldürməkdə təqsirləndirilənlər – Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Gununsesi.info-nun xəbərinə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə A.Mürsəlov və L.Zamanovanın hər biri 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Nəsimi rayonu ərazisində  tüfeyli həyat tərzi keçirən 1978-ci il təvəllüdlü Ruslan Cavadovla adıçəkilən şəxslər arasında münaqişə baş verib. Əvvəllər məhkum olunmuş, Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova ona ağır xəsarətlər yetirərək öldürüblər. Hər üç şəxs “bomj” həyatı yaşayıb.

Gununsesi.info