Boris Consonun məqaləsi İslama qarşı nifrəti daha çox artırdı

  • By admin
  • 14 Sentyabr 2019 15:54

İngiltərənin baş naziri Boris Consonun çadralı qadınlarla bağlı mənfi fikirlərindən sonra ölkədə İslama qarşı olan təbəqənin sayı daha çox artıb.

İngiltərədə nifrət cinayətlərini izləyən ictimai təşkilatın rəhbəri olan Tell Mama 2018-ci il üçün yekun nəticələri açıqlayıb.

Gununsesi.org bu barədə xarici mediaya istinadən məlumat verir.

Verilən açıqlamada bildirilir ki, keçən il Consonun “Daily Telegraph” qəzeti üçün yazdığı məqalədə çadra geyinən qadınları “poçt qutusu”-na, “bank oğrusu”-na bənzətməsindən sonra ölkədə müsəlmanlara qarşı cinayətlərdə böyük bir artım qeydə alınıb.

İngiltərədə ötən ilin mart ayında “bir müsəlmanı cəzalandır” başlıqlı məktub yazılıb, sosial şəbəkələr vasitəsilə insanların diqqətinə çatdırılmışdı.

Belə ki, məktubda insanları müsəlmanları cəzalandırmağa təşviq edən mətn yer alıb.

“Whatsapp” kimi sosial platformalar vasitəsilə yayılan məktubda müsəlmanlara sözlə və ya fiziki olaraq təzyiq göstərilməsi, qadınlarının baş örtüklərinin çıxarılması, üzlərinə turşu atılması, silahla, bıçaqla, maşınla əzilərək öldürülməsi, məscidlərin və digər müsəlmanlara məxsus ibadət yerlərinin partladılması təklif olunub.

Məktub barəsində kraliça Elizabet, o dövrdə baş nazir olan Tereza Mey və Müsəlman Lordlar evinin üzvü Əhməd Tarıka da məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində yayılan məktubla əlaqəsi olduğu düşünülən 35 yaşlı Devid Parnhem tutulub.

Gununsesi.org