Böyrək daşından bu üsulla qurtulun

  • By admin
  • 07 Sentyabr 2017 07:45

boyrek agrisi

Böyrək xəstəliyi bir çox insanların şikayət etdiyi problemdir. Böyrəkdə yaranan duz və daşlar çox şiddətli sancılara, ağrılara səbəb olur. Böyrək daşlarından əziyyət çəkənlər bundan yaxa qurtarmaq üçün tibbin bir çox alternativ üsullarından istifadə edirlər, amma hər zaman müsbət nəticə əldə etmirlər.

Lakin təqdim edəcəyimiz üsulla böyrək daşı və duzlarından yaxa qurtara bilərsiniz.

Lazım olan vəsaitlər:

– 3 qram avokado yarpağı
– 1 stəkan su

Hazırlanması:

Qazana 1 stəkan su tökün. Sonra avokado yarpaqları əlavə edin və aşağı temperaturda 10 dəqiqə qaynadın. Qaynadıqdan sonra onu süzün və soyudun.

Yeməkdən iki saat sonra mütəmadi olaraq 3 gün için. Daha sonra 5 gün ara verərək təkrarlaya bilərsiz.

Gununsesi.info