Hantavirusa yoluxanların sayı 13-ə çatdı

  • Müəllif: Orxan
  • 27 May 2026 13:56

İspaniya hökuməti “MV Hondius” kruiz gəmisində yayılan hantavirus infeksiyasına daha bir yoluxma halının aşkarlandığını bildirib. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bununla da həmin virusa ümumi yoluxma sayı 13-ə çatıb.

Məsələ ilə bağlı “X” hesabında paylaşım edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus vəziyyətin sabit olaraq qaldığını vurğulayıb.

Onun sözlərinə görə, mayın 2-də ÜST-ə ilk dəfə xəstəlik barədə məlumat verildikdən sonra hantavirusdan yeni ölüm halları qeydə alınmayıb.

Gununsesi.info