Bu gün Nazlı Ana Fondu tərəfindən növbəti qanvermə aksiyası keçirilib.
Gununsesi.info xəbər verir ki, aksiya çərçivəsində AZERA Holdinqin əməkdaşları və holdinqə daxil olan şirkətlərin nümayəndələri könüllü olaraq qan verərək xeyriyyə təşəbbüsünə dəstək göstəriblər.
Qeyd edək ki, Nazlı Ana Fondu və Respublika Qan Bankı ilə birgə təşkil olunan tədbirin əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.
Aksiya zamanı toplanan qan nümunələrinin talassemiyalı uşaqların müalicəsində istifadə olunacağı bildirilib.
Tədbir iştirakçıları qan donorluğunun insan həyatının xilas edilməsində mühüm rol oynadığını vurğulayaraq, bu cür sosial məsuliyyət layihələrinin davamlı keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Təşkilatçılar aksiyaya qoşulan AZERA Holdinq kollektivinə və holdinqin tərkibində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinə göstərdikləri həssaslıq və dəstəyə görə təşəkkürlərini ifadə ediblər.
Onu da qeyd edək ki, Nazlı Ana Fondu imkansız qız tələbələrin təhsili üçün təqaüdlər və təhsil haqları verir.

Firuzə
Gununsesi.info












