Böyrək xəstəliyindən ölənlərin sayı çoxalıb

  • By admin
  • 29 İyun 2016 13:56

boyrek

 

“Bu gün Azərbaycanda böyrək transplantasiyası dövlət hesabına aparılır. Böyrək köçürülməsi əməliyyatları Mərkəzi Neftçilər Xəstəxanasında, akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında, Azərbaycan Tibb Universitetinin bazasında həyata keçirilir”. Gununsesi.info-nun məlumatına görə, bu haqda Respublika Klinik Uroloji Xəstəxananın şöbə müdiri Fariz Babayev deyib. Onun sözlərinə görə, hazırda ölkəmizdə 15 yaşa qədər 9 uşaq dializ müalicəsi alır. F.Babayev bildirib ki, ölkəmizdə hər milyon nəfərə böyrək çatışmazlığından əziyyət çəkən 450-500 xəstə düşür ki, onların da təxminən 50-55 faizinin hemodializə ehtiyacı olur. Şöbə müdiri bildirib ki, bir çox ölkələrdə böyrək xəstələri arasında ölüm halı 29-35 faiz təşkil edir. Azərbaycanda isə bu rəqəm 22-23 faizdir. Bu da digər ölkələrlə müqayisədə aşağı göstəricidir.

Gülnaz Qənbərli