Böyükağa Hacıyev vəfat etdi

  • By admin
  • 16 Mart 2018 11:43

AFFA Məşqçilər Komitəsinin üzvü, “Bakı” və “Neftçi” klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev rəhmətə gedib.

Gununsesi.info xəbər verir ki, tanınmış məşqçi bu gün səhər dünyasını dəyişib.

Məlumatı “qafqazinfo”ya açıqlamasında Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev də təsdiqləyib.

Qeyd edək ki, Böyükağa Hacıyev fevralın 7-də  Mərkəzi Klinik Xəstəxanaya kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olub. Onun ürəyinə iki stend qoyulub. B.Hacıyevin beynində şiş olduğu üçün həkim nəzarətində olub.

Allah rəhmət eləsin!

Gununsesi.info