Zakir Həsənov yeni helikopter hərbi hissəsində olub - FOTOLAR-VİDEO

  • Müəllif: admin
  • 16 Mart 2018 11:49

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.

MN-dən Gununsesi.info-ya verilən məlumata görə, uçuş və texniki heyətlə görüşən Müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.

General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.

Gununsesi.info