
Keçmiş deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovu biznes qurmaq adı ilə aldatmaqda günahlandırılan tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov ona qalan borcun əvəzində maşın təklif edib.
Gununsesi.info xəbər verir ki, Elnur Heybətovun vəkili Vasif İsrafilov martın 16-da məhkəmədə bu haqda bildirib.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılır. Bu günki məhkəmədə məlum olub ki, zərərçəkmiş Elnur Məmmədov gəlməyib.
Həmçinin ötən prosesdə əlavə şahid qismində çağrılmış “Zaminbank”ın müdüri Nadir İsrafilov da məhkəməyə gəlməyib.
Hakim təqsirləndirilən şəxsdən zərərçəkmişə dəymiş ziyanın ödənilib-ödənilmədiyini soruşanda onun vəkili maşın təklifi barədə cavabı verib.
Bu məhkəmə prosesi martın 30-a qədər təxirə salınıb.
Qeyd edək ki, zərərçəkmiş Elnur Məmmədov həm də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.
E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edib 100 min manat pulunu mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.
İstintaq materiallarına görə, E.Məmmədov Türkiyədən qəlyan gətirmək üçün R.Heybətova 200 min dollar verib. Daha doğrusu, Rövşən gedəndən sonra pulu bank vasitəsilə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb vəxəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib. Pulun 148 min dolları qaytarılıb.
Gülər
Gununsesi.info












