Bu gün 50 mindən çox şəxsə vaksin vurulub

  • By admin
  • 13 İyul 2021 16:54

Azərbaycanda son sutkada 50784 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 19371 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 31413 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4159298 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2494551 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1664747 nəfərdir.