Bu gün Azərbaycanda yeni Baş nazir seçiləcək – Məclis toplanır

  • By admin
  • 23 May 2020 10:59
Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək.
Gununsesi.org xəbər verir ki, sessiyanın gündəliyinə üç məsələ daxil edilib.
Həmin məsələlər sırasına Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi daxildir.

Gununsesi.org