Bu gün millimizin UEFA Millətlər Liqasında rəqibləri məlum olacaq

  • Müəllif: admin
  • 24 Yanvar 2018 12:08

Bu gün İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqası turnirinin püşkatma mərasimi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla iştirak edəcəklər.

Püşkatma mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq.

Gununsesi.info