Bu qida beyini cavan saxlayır - ARAŞDIRMA

  • By admin
  • 15 Mart 2018 09:20

Yapon alimləri soğanın daha bir güclü faydasını tapıblar.

Gununsesi.info medicina.az-a istinadən bildirir ki, soğan baş beynin işinə müsbət təsir edir və beyni qocalmağa qoymur. Soğan müsbət emosiyaların beyin tərəfindən daha çox qavranılmasına, yadaşın güclənməsinə də kömək edir. Soğanda olan maddə qan vasitəsilə beyinə daxil olur. Bu maddə beyin hüceyrələrini aktivləşdirir, yeniləyir.

Mütəxəssislər bu effekti almaq üçün soğanı balla birgə qəbul etməyi məsləhət görür. Bu qarışım skleroz və demensiyaya meyilli yaşlı insanlar üçün xüsusilə vacibdir.

Gununsesi.info