
Gün ərzində bir şey yedikdən sonra enerjiniz azalırsa, özünüzü yorğun hiss edirsinizsə, bu xəbəri mütləq oxuyun. Çünki bəzi qidalar insana yorğunluq gətirir, fiziki gücü azaldır.
Gununsesi.info qəbul etdikdən sonra bizi halsızlaşdıran qidaların siyahısını təqdim edir.
Banan

Bananın tərkibindəki yüksək faizli maznezium insana yorğunluq və yuxu gətirir. Gündüz saatları əvəzinə bananı axşam qəbul etmək insanı dərin və sağlam yuxuya qovuşdurur.
Şirniyyat

Şirniyyatların tərkibindəki bol şəkər insana ilk qəbul etdiyi saatlar ərzində enerji versə də, sonradan bu enerji halsızlığa çevrilir. Buna səbəb şəkərin təsiri ilə bədəndə insulinin artmasıdır.
Qırmızı ət

Qırmızı ət özündə yüksət faizli yağ ehtiva edir. Bu da bədəndə bitkinlik və yorğunluq hissi yaradır.
Qəhvə

Qəhvə hami tərəfindən yuxu qaçıran bir içki kimi tanınır. Bu qismən doğrudur. Ona görə qismən deyirik ki, qəhvə içildiyi zaman enerji versə də, sonradan enerjinin qalxıb düşməsi nəticəsində halsızlığa səbəb olur.
Kahı

Kahı tərkibindəki kalledlaktusin maddəsinə görə sakitləşdirici təsirə malikdir. Bu səbəbdən kahını gün ərzində deyil, axşamlar yeməyə üstünlük verin.
Vişnə və vişnə suyu

Vişnəyə təbii yuxu dərmanı da deyə bilərik. Tərkibindəki melatonin maddəsi yuxusuzluq problemi olan insanlar üçün ideal vasitədir. Bu səbəbdən gün ərzində vişnə yemək, yaxud vişnə suyu içmək bədəndə yorğunluq hissi yaradır.
Ağ çörək

Ağ çörəyin qlisemik indeksi kəpəkli və buğda unundan hazırlanan çörəklərdəki kimi aşağı deyil. Bu səbəbdən ağ çörək enerjini azaldır və halsızlığa səbəb olur.
Gununsesi.info












