Bu yol olduqca təhlükəlidir

  • By admin
  • 26 Sentyabr 2017 21:50

21766555_1593089067427825_5398757950508498972_n - копия

Bakının Sabunçu rayonunda “Komsomol dairəsi” kimi tanınan ərazidə bir neçə gündür hərəkəti tənzimləyən yol nişanı aşıb.

Gununsesi.info xəbər verir ki, bu səbəbdən yolda təhlükəli vəziyyət yaranıb.

Belə ki, Yeni Ramana qəsəbəsi istiqamətindən gələrək dairəyə daxil olan sürücülər, yol nişanı aşdığı üçün dairəyə daxil ola bilmirlər. Bir neçə gündür ərazidə avtomobillər üçün təhlükəli vəziyyət yaransa da, aidiyyatı qurumlar yol nişanını bərpa etməyiblər.

Gununsesi.info