Hərəkətdə olan avtomobil alovlanıb - FOTO

  • By admin
  • 26 Sentyabr 2017 21:40

yangin

Ötən gün paytaxtın Yasamal rayonunda avtomobil yanıb. 

Gununsesi.info Xəzər TV-yə istinadən xəbər verir ki, “Daewoo” markalı minik avtomobilinin dairəvi yolda hərəkətdə olarkən qəfildən mühərrik hissəsində tüstüləmə başlayıb.

Hava küləkli olduğundan alov tez bir zamanda avtomobili bürüyüb.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar.

Dövlət yanğından mühafizə bölməsindən verilən məlumata görə, minik avtomobilinin mühərrikinin və salonunun bir hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

yangin

Gununsesi.info