Budapeşt “Avro-2020”nin loqosunu təqdim edib

  • By admin
  • 17 Noyabr 2016 16:34

buda

On üç şəhəri əhatə edəcək futbol üzrə “Avro-2020”nin daha bir təşkilatçısı loqosunu təqdim edib.

 Gununsesi.info UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək oyunların rəmzi müəyyənləşib.

UEFA prezidenti Aleksander Çeferinin iştirakı ilə nümayış etdirilən “Avro-2020”nin loqosunda Dunay çayını birləşdirən Budapeştin məşhur zəncirvari körpüsü əks olunub.

Xatırladaq ki, Macarıstan paytaxtı say etibari ilə 60-cı Avropa çempionatının qrup mərhələsində üç qarşılaşma və eləcə də səkkizdəbir final görüşlərindən birinə ev sahibliyi edəcək.

Qeyd edək ki, bunadək London, Bakı, Roma, Buxarest, Kopenhagen və Münhen də öz loqosunu təqdim edib.

 Gununsesi.info