Büdcənin gəlirləri proqnozla müqayisədə az icra edilib -Hesablama Palatasından açıqlama gəldi

  • By admin
  • 04 İyul 2016 13:37

vuqar

 

 

“Son beş ildə ilk dəfə olaraq hesabat ilində dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə az icra edilib”.

Gununsesi.info xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində deyib.Onun sözlərinə görə,  gəlirlərin nəzərdə tutulmuş məbləğlə müqayisədə 90,0 faiz səviyyəsində icra olunmasının və əvvəlki illərlə müqayisədə azalmaların əsas səbəbi neftin qiymətinin proqnoz göstəricisindən 40,4 faiz az olması, nəticədə dövlət büdcəsinə daxilolmaların 84,3 faizini təşkil edən Dövlət Neft Fondundan daxilolmaların 78,3 faiz səviyyəsində yerinə yetirilməsidir. O, deyib ki, bu, əvvəlki illə müqayisədə 12,9 faiz aşağı göstəricidir: “Digər daxilolmalara gəlincə, Vergilər Nazirliyi və Gömrük Komitəsi üzrə isə nəzərdə tutulmuş məbləğ 2014-cü illə müqayisədə artımla və proqnozun 100,1 faizi səviyyəsində icra edilib. Ayrı-ayrı tədiyyə növlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, proqnozlar 7 mənbə üzrə 100,0 faizdən çox, 4 mənbə üzrə 100,0 faiz səviyyəsində, 5 mənbə üzrə isə kəsirlə yerinə yetirilib”.

Gununsesi.info