“İtən” jurnalist tapıldı: 3 AYLIQ HƏBS OLUNUB

  • By admin
  • 04 İyul 2016 13:24

 

fikrat

 

“İyulun 2-də Nərimanov rayon Məhkəməsində JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Bu haqda Gununsesi.info-ya jurnalistin vəkili Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir: “Əldə etdiyimiz məlumata görə, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Lakin bu barədə heç bir rəsmi məlumat verilmir. Böyük ehtimalla o bu gün istintaq təcridxanasına köçürüləcək”-, deyə o bildirib. Qeyd edək ki, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs journalist F. Fərəməzoğlunun evinə daxil olaraq, axtarış aparmaq adı ilə ona məxsus “Notebook”u götürüblər. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nə baş verdiyini soruşduqda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildirsələr də, lakin həbs olunma səbəbini açıqlamayıblar.

Xatırladaq ki, Fikrət Fərəməzoğlunun harada saxlanması və hansı ittihamla həbs edilməsi bəlli deyil. Mətbuatda gedən məlumatlara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı söylənilir.

 

Gülnaz Qənbərli