Bülənt Arıc: “AKP Ərdoğanın partiyası deyil”

  • By admin
  • 22 İyun 2016 15:53

bulent

 

“Bu gün AK Partidə işlərin yaxşı getmədiyini düşünənlər varsa, artıq bu partiyadan Türkiyəyə xeyir gəlməz. “Mən ona səs vermərəm” deyənlər varsa, çarəni də, çözümü də onlar taparlar. Su axacağı yolu mutləq tapacaq. AK Partinin uğurları Rəcəb Tayyib Ərdoğanın təkbaşına uğurları deyil. Sayın Bəkir Bozdağın da qulağını cingildədək. Bu partiya Tayyibin partiyası deyildir. Bu partiaya millətin bizə bir əmanətidir.

Hamımızın partiyasıdır. AKP bir adamın şəxsi mülkiyyətinə çevrilə bilməz”. Gununsesi.info “bbc Türkiyə”yə istinadən bildirir ki, bu haqda Türkiyə siyasətinin ən təcrübəli adlarından biri olan, TBMM sədrinin və Baş nazirin müavini, hökumət sözçüsü və artıq aktiv siyasətə ara verən Bülent Arınç Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan haqqında sualları cavablandırarkən deyib.

TRT daxil olmaqla Türkyə mətbuatının üzünə bağlandığını düşündüyünü söyləyən Arınc Ərdoğanı tənqid edərək, onun quruluşu etibarilə sözünü dinlədə biləcəyi, bütün qərar mexanizmlərində təkbaşına təsirli ola biləcəyi, görəcəyi işlərin önünə çoxlu maneələrin çıxmayacağı bir rəhbərlik sistemini arzu etməkdə ittiham edib: “Mənim bununla bağlı şəxsi düşüncələrim belədir. Əgər AKP-nin əlində belə bir layihə modeli üzərində yaxşı nə varsa dərhal, yoxdursa üç-beş gün içərisində hazırlayıb ortaya qoysun – amma baş nazirin razılığını aldıqdan sonra, arada başqa şeylər çıxmasın deyə, bunu söyləyirəm. Sonra deməsinlər ki, “mən elə deməmişdim, siz belə anladınız”.

Yəni, “Made in RTE” –ni daşıyan, amma AK Partinin adıyla Parlamentə təqdim ediləcək bir nümunə olsun. Bu nümunəni parlamentdə əvvəlcə partiyaların sədrləriylə sonra isə özləriylə “nə deyirsiniz” deyə müzakirə edilsin. Bir ay sonra “dostlar, biz də bunda varıq və ya yoxuq” deyərlərsə, məncə 316 millət vəkilinin imzasıyla həmin modeli təqdim etsinlər. Parlamentdəki vəziyyətə baxaq, deyək ki, əgər 331 səslə qəbul edilərsə, dərhal millətə müraciət edərik. 330-un altında qalarıqsa, söhbəti bağlayarıq. Bu işin Türkiyənin gündəminə bu cür gətirilməsi lazımdır”.

Bülənd Arınc Ərdoğanın baş nazir olması dönəmini də xüsusi vurğulayıb: “Əgər bizə o zaman desəydilər ki, baş nazirliyə 10 nəfər namizəd verin, o zaman biz də içimizdəki namizədlər arasında birinciliyi də ön plana qoyardıq. Hörmətli Rəcəb Tayyib Ərdoğannın sədr, ya da baş nazir olması namizədlər arasında on birinci gördüyümüz üçün olub. Yoxsa, Allahın özəl olaraq, göndərdiyi təkbaşına hər şeyi ifadə edən, hər kəsdən daha güclü, hər kəsdən daha ağıllı, hər kəsdən daha savadlı, hər kəsdən daha sorğulanmayan bir insan olaraq onun özünü görmədik. Bu gün biz müxalif hərəkat deyilik. Damarımızda müxalifətçilik yoxdur, tənqid var, doğrunu göstrmək var. Əgər indi tək adam sınaqdan keçirilirsə, biz də təkadam modeli yoxdur. Bir insan sonunda insandır, bəşərdir, bizim özümüzə nümunə gördüklərimiz hər zaman yanındakı dostlarıyla, heyətiylə, kadrları ilə müşavirə edib görüşlərini onlarla paylaşan, hətta onların verdiyi qərarları uyğulayan bir anlayışdır. Bundan vazkeçmə və ya uzaqlaşma oldusa, biz bunları zaman-zaman dilə gətirmişik”-deyə o bildirib.

Gülnaz Qənbərli