Bulvarda 17 yaşlı qız dənizə düşdü

  • By admin
  • 20 Aprel 2018 15:55

Bakıda 17 yaşlı qız dənizə düşüb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 2001-ci il təvəllüdlü Qafarova Fatimeyi-Zəhra Şəfi qızı sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Gununsesi.info