Bunları çaya əlavə edin… Həm dadlı, həm də faydalı  

  • By admin
  • 22 İyul 2016 11:12

cay

Çayı daha dadlı və faydalı etmək üçün ona bəzi otları və ədviyyatları əlavə edə bilərsiniz.

1. Mixək

Mixek ilə çay baş ağrılarını azaldır, ağızdan gələn pis qoxunu yox edir, sakitləşdirir.

2. Kəklikotu

Kəklikotu ilə çay həzm proseslərini yaxşılaşdırır, iltihabları azaldır.

3. Zəncəfil

Zəncəfilli çay immun sistemini gücləndirir. Soyuq fəsillərdə bu çay soyuqdəymənin qarşısını almağa kömək edir.

4. Darçın

Darçınlı çay qanda şəkərin səviyyəsini tənzimləyir, aclığı azaldır, arıqlamağa kömək edir.

5. Nanə

Nanəli çay sakitləşdirir, stressi azaldır, ürək-damar sisteminə müsbət təsir edir, qarında köp və ağrıları azaldır.

Gununsesi.info