Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub

  • By admin
  • 31 Yanvar 2020 20:08

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org-un “Report”a istinadən məlumatına görə, hadisə Cəlilabad şəhərinin Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu “Jiquli” markalı minik avtomobili vurub. Ağır xəsarət alan Ə.Əsədov yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona bud və çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Daha sonra müalicəsini davam etdirmək üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org