Cəlilabadda ev tamamilə yandı

  • Müəllif: Firuzə
  • 26 İyul 2026 22:38

Cəlilabadda evdə yanğın olub.

Gununsesi.info-nun xəbərinə görə, hadisə rayonun mərkəzi  ərazisindəki birmərtəbəli evdə qeydə alınıb.

Hadisə yerinə  FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alov lokallaşdırılıb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ev yanar konstruksiyaları və əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Gununsesi.info