“Cənubi Koreyanın hərbi gəmilərinə atəş açılacaq” - XƏBƏRDARLIQ

  • By admin
  • 28 May 2016 12:37

Koreya

 

Koreya Xalq Demokratik Respublikasının ordusu Sarı dənizdə demarkasiya xəttində təxribatların törədildiyi halda Cənubi Koreyanın gəmilərinə xəbərdarlıqsız atəş açacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Koreya xalq ordusunun Baş qərargahından bildiriblər.

Məlumata əsasən, Cənubi Koreyaya məxsus hərbi gəmilər KXDR-ın ərazi sularına daxil olaraq ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus bərəni atəşə tutublar. “Bu, iki ölkə arasında vəziyyətin gərginləşməsinə yönələn qərəzli təxribatdır”, məlumatda vurğulanır.