Fransalı ekspert prezidentlərin görüşündən danışdı - Gözləntilər var . . .

  • By admin
  • 28 May 2016 12:22

Prezidentlerin gorushu

 

Azərbaycan və Ermənistan Prezidentlərinin növbəti görüşü Fransada baş tuta bilər.

Gununsesi.info axar.az-a istinadən  xəbər verir ki, bunu Ermənistanın “Jamanak” qəzetinə Fransa Strateji Araşdırmalar mərkəzinin eksperti, politoloq Kayts Minasyan deyib.

“Müəyyən məsələlər var ki, bu sualı aydınlaşdırmaq lazımdır. Bu görüşə kim rəhbərlik edəcək; Fransanın Xarici İşlər naziri və yaxud Avropa məsələləri üzrə Dövlət katibi, yaxud Prezident Fransua Olland? Hələlik o da bəlli deyil ki, görüşdə həmsədr ölkələrin XİN rəhbərləri iştirak edəcəkmi. May ayında Vyanada baş tutan görüşü davam etdirməliyik. Bu vacibdir”, – Minasyan bildirib.

Qeyd edək ki, prezidentlərin sonuncu görüşü mayın 16-da Vyanada baş tutub. Növbəti görüşün iyunda olması gözlənilir.

Gununsesi.info