YAP Rəsulzadənin abidəsini ziyarət edəcəkmi? - AÇIQLAMA

  • By admin
  • 28 May 2016 12:11

Huseyn Pashayev

 

“Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev ötən gün  Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın “İstiqlaliyyət” küçəsində ucaldılmış abidəni artıq Respublika Günü münasibətilə ziyarət edib. Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib”. Bu haqda gununsesi.info-nun “Respublika Günündə YAP funksionerləri Məmmədəmin Rəsulzadənin abidəsini ziyarət edəcəkmi?” sualını cavablandıran YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. O qeyd edib ki, bu bayram dövlət səviyyəsində qeyd olunur.

 

Xatırladaq ki, illərdir müxalifəti təmsil edən partiya və qurumlar mayın 28-də respublika gününü Məmmədəmin Rəsulzadənin Novxanıdakı abidəsini, YAP isə  İstiqlaliyyət abidəsini ziyarət etməklə qeyd edirlər.

Gülnaz Qənbərli