Canlı yayımda ulaq qalmaqalı - VİDEO

  • By admin
  • 20 İyun 2016 17:42

Ilan

 

Misirin populyar telekanallarından olan “Əl Assema”nın (“Paytaxt”)  canlı yayımda olan proqramlarından birində qalmaqal yaşanıb.

Gununsesi.info xəbər verir ki, proqramda Əl Fəyyüm şəhərində baş vermiş olay müzakirə olunub. Həmin şəhərdə 80 uzunqulaq leşi tapılmışdı. Polisdən verilən məlumata görə, bu eşşəklərin ətini mal əti adı ilə satmaq nəzərdə tutulubmuş.
“Əl Assema”nın aparıcısı, Misirin tanınmış siyasi şərhçilərindən sayılan Əzmi Mücahid ulaqları “Müsəlman qardaşlar” təşkilatının üzvlərinin öldürdüyünü deyib.
“Bu, cinayətdir və günahkarlar edam olunmalıdır. Onları həmin eşşəklər kimi öldürmək gərəkdir”.  (Milli.az)