Prezident İlham Əliyevlə Putin iki ölkə arasında ticari əlaqələri müzakirə ediblər

  • By admin
  • 20 İyun 2016 17:37

ilham putin

 

Vladimir Putin İlham Əliyevlə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin aşağı enməsinin səbələrini müzakirə ediblər. Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, Putin İlham Əliyevlə görüşündə ilk olaraq iki ölkə arasında ticarət dövriyyəsinin səbəbini müzakirə etməyi təklif edib. “Bizim bura yığılmağımızın səbəbi aydındır-Qarabağ problemini müzakirə etməkdir. Ancaq görüşümüzdən istifadə edərək iki tətərfli əlaqələrimizdən danışaq. Hansı ki. Son dövrlərdə iki ölkə arasında ticarət dövriyyəsində enmə müşahidə olunmaqdadır”, – deyə  Putin vurğulayıb.

Putin əlavə edib ki, hər iki ölkənin lideri bunun səbəbini bilir: “Ticarət dövriyyəsində enməyə səbəb olan əsas amil enerji daşıyıcılarının qiymətinin və valyutaların kursunun aşağı enməsi olub.” Humanitar sahədəki əməkdaşlıqdan danışan Putin deyib ki, biz Azərbaycanda rus dilinə necə hörmətlə yanaşdığından bilirik. “Bu ölkədə Rusiyanın ali məktəblərinin filiallarının necə uğurla fəalliyət göstərdiyindən xəbərdarıq.Biz bunu yüksək qiymətləndiririk və ümid edirik ki, gələcək işlərimiz bütün sahələr üzrə davam etdiriləcək”, – deyə V.Putin qeyd edib.

 

Azərbaycan prezidenti İlham Əliyev də öz növbəsində iki ölkə arasındaki ticarət dövriyyəsinin enməsinə toxunaraq deyib ki, bu müvəqqəti xarakter daşıyır: “Biz ticarət dövriyyasənin əvvəlki vəziyyətə qaytarılması və onun inkişaf etdirilməsi yollarını arayırıq. Fikirləşirəm ki, bu baş verəcək. Bununla yanaşı deyə bilərəm ki, bizim enerji sahəsində çox yaxşı əlaqələrimiz var və nəqliyyat sahəsində perspektiv imkanlar var”.

İlham Əliyev sonda Putini yaxın zamanda Azərbaycanda görməyə ümidvar olduğunu deyib.