CAR-da dəhşətli qatar qəzası – 12 ölü, 260 yaralı

  • By admin
  • 04 Yanvar 2018 19:00

Cənubi Afrika Respublikasında qatarın relsdən çıxması nəticəsində 4 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə ER24 fövqəladə tibbi yardım xidməti informasiya yayıb.

Hadisə Hennenman və Krunstad yaşayış əraziləri arasında baş verib. Qəza zamanı qatarın iki avtomobili də vurduğu bildirilir.

Qatar relsdən çıxdıqdan sonra yanmağa başlayıb.

***

Cənubi Afrika Respublikasında baş verən yol-nəqliyyat hadisəsində həlak olanların sayı 12 nəfərə çatıb.

Bu barədə ölkənin nəqliyyat naziri Co Masanqvani məlumat verib.

Həmçinin qəza nəticəsində 260 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Gununsesi.info