Çavuşoğlu Bakıya nə ilə gəlir?

  • Müəllif: admin
  • 14 İyul 2016 11:00

cavus

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir. Gununsesi.info Türkiyə xarici işlər nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfər M. Çavuşoğlunun Azərbaycana səfəri bu axşam reallaşacaq və onun rəsmi görüşləri sabah keçiriləcək. Səfər Elmar Məmmədyarovun dəvəti əsasında reallaşacaq. Səfər zamanı M.Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşəcək, həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. Görüşlərdə tərəflər ikitərəfli əməkdaşlığın mühüm məsələlərini, regional məsələləri və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində gedən son danışıqlar prosesi müzakirə edəcəklər.

 

Mürtəza