
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə banqladeşli həmkarı Abul Həsən Mahmud Əli arasında telefon danışığı baş tutub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı bu gün səhər saatlarında Türkiyə tərəfinin təşəbbüsü ilə gerçəkləşib.
Belə ki, söhbət zamanı Arakan əyalətində müsəlmanların qətlə yetirilməsi məsələsini müzakirə ediblər.
Qeyd edək ki, bundan öncə Mövlud Çavuşoğlu İndoneziyanın xarici İşlər naziri Retno Marsudi, Malayziyanın xarici işlər naziri Anifah Aman və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman, İranın xarici işlər naziri Cavad Zərif və Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Kofi Annan ilə ayrı-ayrı telefon görüşü keçirib.
Görüşlərdə Arakandakı son proseslər dəyərləndirilib.
Anar
Gununsesi.info











