Çempionatı izləyən aktyor stresdən öldü

  • Müəllif: admin
  • 18 İyun 2018 10:47

Misirin tanınmış aktyoru Mahir Essam Dünya Çempionatında Misir-Uruqvay qarşılaşmasını izləyən zaman beyninə qan sızması nəticəsində ölüb.

Gununsesi.info Al-Arabiya-ya istinadla xəbər verir ki, 38 yaşlı aktyor Misirin məğlub olmasına dözməyərək stress keçirib və nəticədə dünyasını dəyişib.

O, bir dəfə də infarkt keçirib.

 Qeyd edək ki, Mahir 5 yaşından filmlərə çəkilib.