Çempionlar Liqasında IV turun ən yaxşı qolu açıqlandı

  • By admin
  • 06 Noyabr 2017 22:20

Çempionlar Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı qolu açıqlanıb.

Gununsesi.info apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın saytında keçirilən səsvermədə azarkeşlər “Roma”nın futbolçusu Stefan Əl-Şaravinin “Çelsi”yə vurduğu birinci qolu qalib ediblər.

Belə ki, bu qol 31 faiz səs toplayaraq, ikinci olan – Neymarın “Anderlext”in qapısından keçirdiyi qolu qabaqlayıb.

Qeyd edək ki, “Atletiko”nun yarımmüdafiəçisi Tomas Parteyin “Qarabağ”la matçda imza atdığı qol isə üçüncü olub.

Gununsesi.info